Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl, Füzuli, Ağdam, Zəngilan, Qubadlı rayonlarının ərazilərində narçılıq təsərrüfatının inkişafı üçün münbit şərait var. AzFood bildirir ki, bunu Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib. F.Qaraşov bildirib ki, Assosiasiya həmin ərazilərdə fəaliyyətə başlamaq niyyətindədir: “Bu ərazilərdə gələcək fəaliyyətimizi qurmaq istəyirik. Bura minerallarla çox […]

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılmayacaq. Bu barədə AzFood-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib. O deyib ki, hazırda qanun layihəsinin üzərində iş aparılır: “Sənədin ilkin variantının hazır olmasına baxmayaraq bəzi dəyişikliklərə ehtiyac var. İki-üç dəfə mənim də iştirak olmaqla İşçi qrupun iclası keçirilib. Bəzi […]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonu, 4 yol ərazisində fəaliyyət göstərən fiziki şəxs Mehdiyev Firidun Elşad oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama həyata keçirib. AQTA-dan AzFood-a verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, müəssisə sanitar-gigiyenik qaydalara […]

İsmayıllı rayonunda cari ilin məhsulu üçün 950 hektarda kartof əkini gözlənilir və hazırda hər yerdə əkinə ciddi hazırlıq işləri görülür. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, kartofçuluq İsmayıllıda ənənəvi təsərrüfat sahəsidir. Sakinlər ilboyu bazarlarda böyük tələbat olan və ailə büdcəsinə yaxşı gəlir gətirən bu məhsulun […]

İmişlidə heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olur. Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də […]

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar: – 2 ədəd mal (dana) ayağı – su – baş soğan – duz – yumru istiot – dəfnə yarpağı – sirkə-sarımsaq və ya abqora Hazırlanma qaydası: 1. Malın ayaqlarını ocaqda […]

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 503 nəfər müalicə olunaraq sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzFood-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 227 min 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 215 min 771 nəfər müalicə olunaraq sağalıb, 3 022 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 598 nəfərdir. Ötən […]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri nəzarət tədbirləri çərçivəsində Ağcabədi rayonu, 4 yol ərazisində fəaliyyət göstərən, fiziki şəxs Nəcəfov Təşkilat Qüdrət oğluna məxsus süd qəbulu məntəqəsinə baxış keçirib. AQTA-dan AzFood-a verilən məlumata görə, baxış zamanı süd qəbulu müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl etmədən və heç bir […]

Bu gündən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayır. AzFood xəbər verir ki, peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq. Azərbaycan 2 milyon insan üçün 4 milyon doza Çin istehsalı olan “Sinovac” peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulacaq. Dozalararası müddət 21 gün müəyyənləşdirilib. İlkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya aparılacaq. Vaksin “soyuq zəncir” şəraitinə uyğun […]

Yumurta qaynatdığımız su ev bitkilərimiz üçün faydalı ola bilər. AzFood xəbər verir ki, alimlərin araşdırmalarına görə, yumurta suyu dibçək gülləri üçün olduqca faydalıdır. Sudakı kalsium bitkilərin inkişafı üçün müsbət təsirə malikdir. Məlum olduğu kimi, yumurta qabığı kalsiumdan ibarətdir. Qaynama prosesi zamanı kalsium su ilə qarışır. Mineral torpağın ph dəyərinin qorunmasına […]