Bolqarıstanlı qadın COVID-19-a qarşı anticismləri olan uşaq dünyaya gətirib. Bu barədə Bolqarıstan Milli Radiosu (BNR) xəbər verir. Bildirilir ki, Pazarcik şəhərinin 28 yaşlı sakini hamiləlik zamanı hərarət və öskürəklə xəstəxanaya yerləşdirilib. Analizlər onun koronavirusa yoluxduğunu göstərib. Virus plasentada dəyişikliklərə səbəb olduğu və dölün inkişafını ləngitdiyindən həkimlərin qərarı ilə qadın qeysəriyyə əməliyyatı […]

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 503 nəfər müalicə olunaraq sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzFood-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 227 min 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 215 min 771 nəfər müalicə olunaraq sağalıb, 3 022 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 598 nəfərdir. Ötən […]

Bu gündən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayır. AzFood xəbər verir ki, peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq. Azərbaycan 2 milyon insan üçün 4 milyon doza Çin istehsalı olan “Sinovac” peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulacaq. Dozalararası müddət 21 gün müəyyənləşdirilib. İlkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya aparılacaq. Vaksin “soyuq zəncir” şəraitinə uyğun […]

Yanvarın 18-dən Azərbaycanda vaksinasiya prosesinə başlanılacaq. AzFood xəbər verir ki, peyvənd ilk növbədə risk qrupuna aid şəxslərə vurulacaq. COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır: 1-ci mərhələ – Səhiyyə işçiləri; 65 yaşdan yuxarı şəxslər; Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; 2-ci mərhələ – […]

Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Bu barədə  AzFood-a açıqlamasında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. “Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiya başlanılacaq. Sərtləşdirilmiş karantin rejiiminin yumşalılıb-yumşaldılmaması barədə isə məlumatım yoxdur”, – İbrahim Məmmədov bildirib.

COVID-19 xəstəliyindən sağalanlar ən az beş ay müddətinə virusa qarşı immunitet qazanırlar. Lakin bu insanlar hələ də xəstəliyin daşıyıcıları olaraq qala bilərlər. Bu barədə İngiltərənin İctimai Sağlamlıq Cəmiyyəti PHE (Public Health England) məlumat verib. “Bu sahədə araşdırmalar aparan alimlər belə qənaətə gəliblər ki, koronavirusa yoluxmayanlarla müqayisədə virusdan sağalanların immun sistemi COVID-19-a […]

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 380 yeni yoluxma faktı qeydə alınıb, 1 159 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  AzFood-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 226 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 279 nəfər müalicə olunaraq sağalıb, 2 971 nəfər vəfat edib, aktiv xəstə sayı 9 […]

Koronavirusa yoluxmuş şəxslər vaksinasiya strategiyasına uyğun olaraq vaksinasiya ilə əhatə olunan ən aşağı riskli əhali qruplarına aid edilirlər. AzFood xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd olunub ki, bu səbəbdən bu şəxslərin vaksinasiyası digər riskli əhali qrupları ilə müqayisədə ən sonda aparılacaq. “Vaksinasiya prosesi […]

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. AzFood xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 16 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2 957 nəfər […]