Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl, Füzuli, Ağdam, Zəngilan, Qubadlı rayonlarının ərazilərində narçılıq təsərrüfatının inkişafı üçün münbit şərait var. AzFood bildirir ki, bunu Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib. F.Qaraşov bildirib ki, Assosiasiya həmin ərazilərdə fəaliyyətə başlamaq niyyətindədir: “Bu ərazilərdə gələcək fəaliyyətimizi qurmaq istəyirik. Bura minerallarla çox […]

Builki mövsümdə Qax rayonunun təsərrüfatlarında 455 hektar sahədə tütün əkini nəzərdə tutulur. Qaxlı fermerlər cari təsərrüfat ilində 425 hektar sahədə “Virciniya botaniki” və 30 hektarda digər növ tütün yetişdirəcəklər. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib. Qurum rəsmisi bildirib ki, tütün […]

İsmayıllı rayonunda cari ilin məhsulu üçün 950 hektarda kartof əkini gözlənilir və hazırda hər yerdə əkinə ciddi hazırlıq işləri görülür. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, kartofçuluq İsmayıllıda ənənəvi təsərrüfat sahəsidir. Sakinlər ilboyu bazarlarda böyük tələbat olan və ailə büdcəsinə yaxşı gəlir gətirən bu məhsulun […]

İmişlidə heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olur. Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də […]

Ötən il sabirabadlı əkinçilər becərdikləri 3 min 437 hektar tərəvəz sahəsindən 74 min 268 ton məhsul tədarük ediblər. Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sabirabadlı əkinçilərin tədarük etdikləri tərəvəz 2019-cu ildə istehsal olunan tərəvəzdən 2 min 931 ton çoxdur. Hər hektarın məhsuldarlığı 216 sentner olub.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə taxıl zəmilərinin, buğda əkinlərinin sığortalanması şərtləri açıqlanıb. Fermerlər və iş adamları 2021-ci ildə taxıl zəmilərinin, buğda əkinlərinin sığortalanması üçün artıq müraciət edə bilərlər.  Buğda əkini sahələrinin sığortalanması zamanı buğdanın məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq. Belə […]

Ötən il Azərbaycan 78,7 milyon ABŞ dolları dəyərində 43,9 min ton ət idxal edib. AzFood Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 0,76 milyon ABŞ dolları (0,9 %) və 7,6 mln ton (14,7 %) azdır. Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,7 %-ni təşkil edib.

Yanvarın 18-22-də onlayn Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumu keçiriləcək. AzFood xəbər verir ki, beynəlxalq forum hər il dünya ölkələrindən müxtəlif hökumət nümayəndələrini bir araya gətirərək qlobal kənd təsərrüfatı və ərzaq siyasətini müzakirə edir. Forumda Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov iştirak edəcək. Beynəlxalq forumda əsasən “Koronavirus pandemiyasının kənd təsərrüfatına […]

2020-ci ildə Azərbaycan xarici ölkələrə dəyəri 607 511.33 min ABŞ dolları dəyərində 606 555.90 ton meyvə-tərəvəz ixrac edib. AzFood-un Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə 2019-cu il ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 0,3% artıb, həcmi isə 3,5% azalıb. Qeyd edək ki, ötən il Azərbaycandan ixrac […]