“Tullantılarla bağlı ölkə üzrə səkkiz regional poliqonun yaradılması planlaşdırılır”. AzFood-un verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib. O qeyd edib ki, onlardan bir neçəsi ilə bağlı işlərə başlanılıb: “Həmin poliqonlarda daşınacaq ötürücü […]

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılmayacaq. Bu barədə AzFood-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib. O deyib ki, hazırda qanun layihəsinin üzərində iş aparılır: “Sənədin ilkin variantının hazır olmasına baxmayaraq bəzi dəyişikliklərə ehtiyac var. İki-üç dəfə mənim də iştirak olmaqla İşçi qrupun iclası keçirilib. Bəzi […]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonu, 4 yol ərazisində fəaliyyət göstərən fiziki şəxs Mehdiyev Firidun Elşad oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama həyata keçirib. AQTA-dan AzFood-a verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, müəssisə sanitar-gigiyenik qaydalara […]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri nəzarət tədbirləri çərçivəsində Ağcabədi rayonu, 4 yol ərazisində fəaliyyət göstərən, fiziki şəxs Nəcəfov Təşkilat Qüdrət oğluna məxsus süd qəbulu məntəqəsinə baxış keçirib. AQTA-dan AzFood-a verilən məlumata görə, baxış zamanı süd qəbulu müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl etmədən və heç bir […]

2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsinin qanunla qadağan edilməsi ilə əlaqədar […]

Ötən il Azərbaycan 82,6 milyon ABŞ dolları dəyərində 16,8 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. AzFood Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 11 milyon ABŞ dolları (15,4 % ) və 2,8 min ton (19,8 %) çoxdur. Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı […]

Fevralın 1-i saat 00:00-dan etibarən Azərbaycan ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur. AzFood xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı qərarında bildirilir. Qeyd olunub […]

“Zərərverici bitkidə olan, bitkinin məhsuldarlığına və keyfiyyət parametrlərinə təsir edən, onun məhsuldarlığını aşağı salan təbiətdə mövcud olan varlıqdır. Söhbət burada məhsulun insan üçün təhlükəli olmağından getmir”. Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərlə bağlı danışarkən deyib. E.Mikayılov bu […]

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. AQTA-dan AzFood-a bildirilib ki, daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Binəqədi şosesində yerləşən, fiziki şəxs İmaməliyev Kənan Camal oğluna məxsus süd və süd […]

“Rusiyanın cənub bölgələrinin iqlimi Azərbaycanın iqliminə yaxındır, odur ki, bu ölkədə son bir neçə ildə pomidor istehsalına böyük investisiyalar yatırılıb. Biz də bu prosesləri izləyirik”. AzFood xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Zaur Qardaşov son vaxtlar qonşu ölkəyə pomidor ixracında yaranmış çətinliklərə […]