Nanə yarpaqları faraon məqbərələrində tapılıb, bu bitkinin adı Tövratda çəkilir. Hələ dahi Hippokrat, İbn Sina, Avisenna bu ətirli otun müalicəvi xüsusiyyətlərini bilir və çox yüksək qiymətləndirirdi. Azfood.az medicina.az-a istinadən məlumat verir ki, müasir tibb də nanənin müalicəvi xüsusiyyətlərini tanıyır. Nanə və nanə efir yağı müxtəlif dərmanların və məlhəmlərin tərkibinə daxil […]

Aprelin 15-də AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib. Azfood.az fins.az-a istinadən bildirir ki, bu barədə AMEA Yüksək Texnologiyalar Parkından məlumat verilib. “Zoom” platforması üzərindən baş tutan tədbir “TAK NOOSH GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim edilən layihənin […]

Bu ilin yanvar-mart aylarında Azərbaycan 3,414 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, sirkə ixrac edib. Azfood.az fed.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK)  verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 917 min dollar və yaxud təxminən 21,2 % azdır. Hesabat dövründə içki ixracından gəlir ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.(report) […]

Yaşıl çayın faydaları artıq dillər əzbəridir. Lakin çox az adama bəllidir ki, bu içki orqanizmə zərər də verə bilər. Yaşıl çayın mənfi təsiri əsasən içilmə qaydası ilə əlaqədardır. Bu çayı çox tünd dəmləyib, həddindən artıq çox içsəniz, zərərli olacaq. Azfood.az medicine.az-a istinadən xəbər verir ki, bu barədə dietoloq Nərgiz Nəzirova danışıb. […]

Ərzaqda çox miqdar palma yağı insan orqanizminə ziyandır. Bu gün marketlərdə olan süd və yağ tərkibli 80% ərzaqların tərkibində palma yağı var.   Palma yağı təkcə qidada yox, kosmetik məhsullar, bəzi texniki istehsalatda da ucuz olduğu üçün istifadə edilir. Qida məhsullarına ucuz palma yağının bir təsiri də onların saxlanma müddətini […]

Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Qidalanma və Kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov onlayn müsahibəsində Ramazan ayında immun sisteminin zəifləməməsi üçün qidalanma tövsiyələri verib. Azfood.az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. – Koronavirusdan qoruyacaq bir qida varmı? – Bütün dünyaya yayılan yeni tip koronavirus (COVID-19) pandemiyasından insanları qoruyacaq xüsusi […]

Zeytun yarpağı virus profilaktikasında istifadə edilsə, yaxşı olar. İstifadə etdiyim çayların tərkibində zeytun yarpağı 3-4 ədəd də olsa, olmalıdır. Bunu həkim-fitoterapevt Elnur Eldaroğlu açıqlayıb. O, viruslara qarşı tərkibində zeytun yarpağı olan çay reseptini təqdim edib: Hər zaman virus infeksiyaları (qrip, herpes, Koronavirus, adenovirus, rinovirus və s.) tüğyan edən dövrlərdə bu […]

BMT-nin Ətraf Proqramı (UNEP) və Britaniyanın “WRAP” Ekoloji Təşkilatının birgə hazırladığı hesabata görə, 2019-cu ildə dünyada 931 milyon ton qida tullantı olaraq atılıb. AzFood xəbər verir ki, bu ümumi istehsal olunan ərzaq məhsullarının 17%-ni təşkil edir. Hesabatda bildirilir ki, atılan qidalar bir-birinin ardnca dayanan 40 tonluq yük maşınlarına yerləşdirilsə, bu […]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük savxozu, Əli İsazadə küçəsi ilə Yeni Hövsan yolunun kəsişməsində fəaliyyət göstərən, “Oba Market” MMC-yə məxsus “Oba” marketdə yoxlama keçirib. AQTA-dan AzFood- a verilən məlumata görə, yoxlama zamanı marketdə sertifikatlaşdırılmadan İran İslam Respublikasından ölkəmizə gətirilən müxtəlif çeşidli […]