Image default

Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində Yol Xəritəsi” imzalanıb

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrail dövlətinin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyi arasında “Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi”, eləcə də “2023-2025-ci illər üçün kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi” imzalanıb.

Azfood.az bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumatda bildirilir ki, Azərbaycan və İsrail arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılması, heyvandarlıq və toxumçuluq sahələrində ən müasir texnologiyaların transferi, aqrar tədqiqatlar və təcrübə proqramları sahələrində əməkdaşlığın genişləndirilməsi, suvarma sahəsində İsrail təcrübəsi məsələləri müzakirə olunub. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.(fed.az)

Related posts

Lənkəranda fəaliyyət göstərən toyuq kəsimi müəssisəsində ciddi nöqsanlar aşkarlanıb

Səma Fərzəli

Bu il 668,3 min ton buğda idxal edilib

Səma Fərzəli

Qara dənizdəki Ukrayna dəhlizi ilə artıq 20 milyon ton mal ixrac edilib

Səma Fərzəli