Bu ucuz məhsul ağciyər xərçənginə tutulma riskini AZALDIR

Qatıq və yüksək lifli qidalar ağciyər xərçənginə tutulma riskini azalda bilir.

AzFood.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Tennessi ştatında yerləşən Vanderbilt Universiteti Tibb Mərkəzinin mütəxəssislərinin apardığı araşdırma Amerika, Avropa və Asiyadan olan 1,4 milyon gəncin üzərində sınanılıb.

Çox qatıq və lifli qida qəbul edənlərlə, bu məhsulları az istifadə edənlər elmi yollarla müqayisə ediliblər. Məlum olub ki, ağciyər xərçənginə tutulma riski qatıq və lifli qida qəbul edənlərdə 33 faiz azdır.

Araşdırmada gündə bir kasa qatıq yeyənlərin ağciyər xərçənginə tutulma riskinin heç yeməyənlərdən 20 faiz az olduğu təsbit edilib.

Lif nisbəti yüksək olan qidalar və qatıq ürək-damar xəstəlikləri və həzm sistemi xərçənglərinə qarşı da qoruyucu xüsusiyyətə malikdir.

Nurlan

Next Post

Bədənin şişkiliyini aradan qaldıran 5 qida

Bz May 31 , 2020
Yay aylarında şişkinliyin artması bədənin ağırlaşmasına səbəb olduğu üçün bir çox insanı narahat edir. AzFood.az xəbər verir ki, mütəxəssislər şişkinliyin yaranmasına həddən artıq duz və şəkərin böyük rolunun olduğunu söyləyərək, şişkinliyi aradan qaldıran qidaları sadalayıblar. Ərik Kaliumla zəngin qidalar, bədən mayelərində sodium-kalium tarazlığının təmin edilməsinə kömək edərək, şişkinliyə qarşı effektiv […]