Əl və ayaqların soyuq olması nəyə işarə edir

Soyuq əl və ayaqlar zəifləmiş immunitetin əsas əlamətlərindən biri ola bilər.

AzFood.az bildirir ki, bunu rusiyalı tibb elmləri namizədi, professor Svetlana Trofimova “Rossiya 1” telekanalına müsahibəsində deyib.

“Qan dövranının belə pisləşməsi müxtəlif yoluxucu xəstəliklərin başlanğıcında baş verir. Çünki qan həcminin yenidən bölünməsi baş verir, o, həyati vacib orqanları daha çox qidalandırmağa başlayır”, – deyə həkim izah edib.

Həkimin sözlərinə görə, zəif immunitetin digər əlaməti konyunktivit, gözlərin qızarması və ya quruması, apatiya və daimi yorğunluq sayıla bilər.

Həkimlər virus və ya bakterial xəstəliyin öskürək, asqırma kimi başqa əlamətləri yaranarkən immunoqram etdirməyi (immun sistemin vəziyyətinin təhlili) məsləhət görüb.

AzFood

Next Post

Zəmilərdə orta məhsuldarlıq nə qədərdir ?

Be İyn 15 , 2020
Zəmilərdə orta məhsuldarlıq hələlik 30 sentnerdən çoxdur, İsmayıllı taxılçıları biçin kampaniyasına başlayıblar. AzFood.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, carı mövsümdə 22712 hektar buğda, 7428 hektarı arpa olmaqla, 30140 hektarda taxıl yetişdirilib. Məhsul yığımına ciddi hazırlıqla başlanılıb və ilkin olaraq rayonun cənub ərazisində, o cümlədən Qubaxəlilli, […]