Öskürəyi kəsən təbii vasitə. Soğan-sarımsaq miksturası

Soğan və sarımsaq güclü iltihab, virus və mikrob əleyhinə təsirə malikdir.

 

Həmçinin onlar nəfəs yollarını selikdən təmizləyir, nəfəsalmanı asanlaşdırır.

 

Xalq təbabətində soğan və sarımsaq öskürəyin müalicəsində çox geniş istifadə olunur.

 

AzFood.az sizə belə təbii reseptlərdən birini təqdim edir:

2 baş soğan və 5 diş sarımsaq blenderdə xırdalanır, üzərinə yarım l isti (qaynar yox!) su əlavə olunur. Su soyuyanda dəmləməni yaxşı süzün, bir neçə qaşıq bal əlavə edin və gündə 3 dəfə 2-3 x.q. olmaqla qəbul edin.

 

Bu dəmləməni uşaqlara da vermək olar.

AzFood

Next Post

Kartof idxalına əlavə rüsum tətbiq olunacaqmı? -Nazirlik açıqladı

Şb İyn 27 , 2020
Bir neçə gün əvvəl kartof istehsalçılarının Azərbaycan hökumətinə müraciət etdiyinə dair məlumat vermişdik. Qərb bölgəsindən olan fermerlər Gürcüstan və İrandan idxal edilən kartofun bazara ucuz qiymətə daxil olaraq yerli məhsulun dəyərdən düşməsinə səbəb olduğunu bildirirdilər. Onlar son illərdə olduğu kimi, bu il də Nazirlər Kabineti tərəfindən iyuldan noyabra qədər kartof […]