C vitaminini təbii olaraq hansı qidalardan alaq?- SİYAHI

Koronavirusun profilaktikası, eləcə də xəstələrə yüksək dozada təyin olunması ilə bağlı vitamin C gündəmə gəlib və hər kəs bu vitamin apteklərdən almağa çalışır. Qeyd edək ki, vitamin C bir çox qida məhsullarında var, Azərbaycan meyvə-tərəvəzlə bol ölkə olduğundan və yay aylarında yaşadığımızdan indi süni vitamin C yox, elə təbii vitamin C də əldə etmək olar.

Həkimlər də vitamin C üçün ən yaxşı mənimsəmə yolunun təbii qidalar olduğunu bildirir.

AzFood.az vitamin C ilə ən zəngin qidaların siyahısını təqdim edib. Hazırda koronavirusa görə günlük 1000 mq dozada vitamin C tövsiyə edilir. Bəs bu qədər miqdarı ən çox hansı meyvədən, tərəvəzdən ala bilərik?

Hər 100 qramda olan C vitamini əsas götürülüb:

1. İtburnu – 100 qramında 650 mq vitamin var. İtburnunu əzib, termosda dəmləyib, təzə-təzə içmək lazımdır.

2. Şirin bolqar bibəri – daha çox qırmızısında. 100 qramında 200 mq C vitamini var

3. Kivi – 180 mq vitamin var

4. Cəfəri – 150 mq var

5. Şüyüd – 100 mq var

6. Bütün növ kələmlər – gül, brokkoli, ağ, qırmızı, hətta kələmin duzda şorabası, suyu və s. 80-70 mq C vitamini var

7. Portağal – 60-50 mq var

Bişirdikdə, çox qaynatıqda, termiki işlənmədə C vitamini tez parçalanır. Ona görə meyvələri çiy yemək məsləhətdir.

Beləliklə, gün ərzində 2 stəkan itburnu dəmləməsi, 1 portağal, 2 kivi yemək, 3 bolqar bibəri, 200 qram kələm, cəfəri, şüyüd salatı edib üzərinə zeytun yağı sıxıb yeməklə siz günlük C vitamini dozanızı ala bilərsiz

Əslində C vitamini çox meyvə tərəvəzdə göyərtidə var, amma ən çox bunlardadır. C vitamini sarımsaqda da var. Amma onda azdır. və sarımsağı çox yemək də olmur.

Nurlan

Next Post

Azərbaycanda indiyədək 2,3 milyon tondan çox taxıl yığılıb

C İyl 3 , 2020
Azərbaycanda taxıl zəmilərinin 70,5 faizində biçin başa çatıb. İyulun 2-nə olan operativ məlumata görə, 716682 hektar biçilmiş sahədən 2269775,4 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,7 sent/ha təşkil edir. Kənd Təsərrüfatı Nazirliyindən AzFood-a bildirilib ki, arpa sahələrinin biçini yekunlaşmaq üzrədir. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa […]