Ağ Şəhərdə “Brave Kids” Uşaq Bağçasının açılışı olub

İdeal infrastruktura sahib, müasir memarlığın mükəmməl nümunələrindən olan Ağ Şəhər“Brave Kids” Uşaq Bağçasının açılışı olub.

Azfood.az xəbər verir ki, yaşıllıqlarla zəngin parklarla əhatə olunmuş bağça geniş həyəti, rəngarəng otaqları və açıq terası ilə uşaqlarınızın sərbəstliyini və rahatlığını təmin edir. Bağçadan həmçinin, Fəvvarələr Meydanına və Ağ Şəhər Bulvarına rahat çıxış imkanı var. Bağçada proqram müasir və beynəlxalq təhsil metodlardan istifadə olunmaqla Milli Kurikulum Proqramına uyğun şəkildə hazırlanmışdır. Dərslər 3 dildə – Azərbaycan, rus və ingilis dillərində, 13-15 nəfərlik qruplarda aparılır. Əlavə olaraq bağçada bir sıra dərnək və klublar da fəaliyyət göstərir. Məqsədimiz uşaqların fiziki, psixoloji, intellektual, məntiqi inkişaflarını təmin edəcək mühit yaradaraq ölkəmiz üçün sağlam, müasir və xoşbəxt gələcək nəsil formalaşdırmaqdır.

Bağçada qidalanma gündə 5 dəfə olmaqla peşəkar aşpazlar tərəfindən hazırlanır.

Ağ Şəhər, Mərkəzi Bulvar küçəsi
(Həyat Park yaşayış kompleksi)
Telefon: +994 12 525 17 18, +994 70 478 17 18
[email protected]
www.bravekids.az

AzFood

Next Post

Özsüt "Açıq müsahibə - işə qəbul" keçirəcək

Ca Sen 12 , 2019
Özsüt Qış parkı şöbəsində sentyabrın 17-də saat 12.00-17.00-da “Açıq müsahibə – işə qəbul” keçiriləcək.