Diabet xəstələri bu qarışımı içsin. Şəkər və insulini salır

Diabetes UK təşkilatının (Böyük Britaniya) mütəxəssisləri 2-ci tip şəkərli diabet xəstələrinə yeməkdən sonra qanda şəkər və insulini salmaq məqsədi ilə suya əlavə olunmuş təbii alma sirkəsini içməyi tövsiyə edirlər.

Azfood.az saglamolun.az-a istinadən bildirir ki, bu haqda Express Health nəşri məlumat verib.

Amerika diabet assosiasiyasının mütəxəssisləri araşdırma zamanı aşkar ediblər ki, axşam yatmazdan qabaq 1 stəkan suya 2 x.q. alma sirkəsi əlavə olunmuş qarışım içən diabet xəstələrində səhər acqarına qlükozanın səviyyəsi daha aşağı olub.

“İçkinin antiqlisemik effekti onunla izah olunur ki, sirkə turşusu karbohidratların həzmini və mədənin boşulmasını ləngidir”, – alimlər qeyd edirlər.

Diabetes Care jurnalında dərc olunmuş digər araşdırmada diabet xəstələri yeməkdən (ağ bublik, kərə yağı, portağal şirəsi ) sonra alma sirkəsi ilə qarışım (1 stəkan su+1 x.q. alma sirkəsi) içirdilər. Araşdırmanın müəllifləri belə nəticəyə gəliblər ki, belə içki “insulinə qarşı həssaslığı artırır və yeməkdən sonra qanda qlükozanın səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salır”.

Mütəxəssislər hesab edirlər ki, şəkərli diabeti olmayan insanlar da qanda şəkəri normada saxlamaq məqsədi ilə alma sirkəsi ilə su içə bilərlər.

Səma Fərzəli

Next Post

Həm sərinlədəcək, həm də "ağlı başdan alacaq"

Bz Avq 9 , 2020
Nyu-York ştatının qubernatoru tünd alkoqollu içkilər əlavə edilmiş dondurmanın istehsalına icazə verən qanunu imzalayıb. Azfood.az xarici mediaya istinadla xəbər verir ki, iki il əvvəl qubernator Endryu Kuomo pivə və sidrlə dondurma istehsalına icazə verib. İndi bu desertə likör da əlavə etmək olar. Rəsmilər hesab edirlər ki, bu qanun kiçik biznesi […]