“Eko Aqro” işçi axtarır – VAKANSİYA

Azfood.az fed.az-a istinadən xəbər verir ki, “Eko Aqro” maliyyə direktoru vəzifəsinə vakansiya elan edir.

Namizədə aid tələblər:

 25-45 yaş arasında;
 Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
 Azərbaycan, Rus və İngilis dilləri üzrə mükəmməl biliklər;
 Minimum 3 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi;
 AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər;
 Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
 E-gov.az, E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;
 Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
 Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
 Dövlət hesabatların tərtib olunması;
 Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
 Məsuliyyətli, dəqiq və peşəkar;
 Yüksək səviyyədə yazışma bacarığı;
 ACCA , CIMA CFA üzrə sertifikatlar üstünlük sayılacaq;
 Xasiyyətnamə tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

Maliyyə Hesabatları

 Gəlir və Xərclər hesabatının tərtibi;
 Dövriyyə Hesabatlarının tərtibi;
 Fəaliyyətin analitik və statistik hesabatları;
 Geri qaytarmalara nəzarət;
 Kassa mədaxilinə nəzarət;
 Aylıq maliyyə hesabatların hazırlanması;
 Gündəlik və aylıq hesabatlarının tərtib edilməsi;

Uçot

 Debitor və kreditor hesablaşmaların aparılması;
 Mühasibat uçotunun aparılması;
 Bölmələr üzrə material qalığı uçotu;
 Mal hərəkətinin uçotu və inventarizasiya;
 Xahiş edirəm gizli kodu “555” ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik 🙂
 Əsas vəsaitlərin alınması,uçotu, istismara verilməsi, balansdan silinməsi;
 Amortizasiya hesablanması;
 İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;

Dövlət orqanları üzrə

 Vergilərin hesablanmsı;
 Sosial ayırmaların nəzarəti;
 Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
 Müəssisənin balansının tərtibi;

Əmək haqqı uçotu

 Əmək haqqlarının hesablanması;
 Mükafatlar və əlavə hesablamaların aparılması;
 Sosial vergilərin hesablanması;
 Məzuniyyətlərin hesablanması;

Kassa və planlanma

 Mədaxil və məxaric orderlərin hesablanması;
 Aylıq xərclər smetasının planlaşdırılması və xərclərə nəzarət;
 Kassa hesabatları aparılması;
 Büdcənin tərtib olunması;

Bank

 Xarici və daxili köçürmələr və konvertasiya əməliyyatların aparılması;
 Əmək haqqı və vergi ödənişlərin hesablanması;
 Maliyyə vəsaitlərinə nəzarət;

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Sınaq müddəti- 1 ay;
5 günlük iş rejimi;
Əmək haqqı: 1500-2000 AZN.

Mail: [email protected]

CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.

Səma Fərzəli

Next Post

Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə və Tərtər rayonunda əkin sahələri, meyvə bağlarına baxış keçirib

Ç Avq 12 , 2020
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-ci il tarixli Sərəncamına əsasən Bərdə rayonunda baramaqurutma müəssisəsinin tikintisi həyata keçirilir. Kənd Təsərrüfatı naziri İnam Kərimov baramaqurutma müəssisəsində tikinti işlərinin gedişi ilə tanış olub. Bildirilib ki, ümumi tikinti ərazisi 1,2 hektar olan müəssisə istifadəyə veriləndən sonra burada ümumilikdə 200 ton yaş baramanın qəbulu və […]