Qanda şəkəri, xolesterini salan, ürəyi qoruyan İDEAL MƏHSUL

Qanda şəkərin artıqlığı şəkərli diabet və ürək xəstəliklərinin riskini artırır. Şəkər damarların daxili divarlarını zədələyərək ürək xəstəlikləri, insult və infarktın əsas səbəbi olan aterosklerozun inkişafını xeyli sürətləndirir.

Bildiyimiz kimi, ateroskleroz xəstəliyi zamanı damarlarda artıq xolesterin yığılır. Aterosklerozun inkişafı üçün 2 faktorun olması lazımdır – qanda artıq xolesterin və iltihablaşmış damarlar. Şəkər isə damarlarda iltihabı yaradan başlıca səbəbdir.

Quelf Universitetinin (Kanada) alimləri müşahidə və eksperimentlər zamanı aşkar ediblər ki, paxlalı bitkilərin (lobya, noxud, mərci və s.) müntəzəm istehlakı arterial təzyiq, şəkər və xolesterini aşağı salır.

Xolesterin, şəkər və təzyiq ürək-damar sistemi xəstəliklərinin inkişafında əsas rol oynayır. Bu səbəbdən onların səviyyəsi norma daxilində olduqda bu xəstəliklərin inkişafı riski də aşağı olur.

Azfood.az saglamolun.az-a istinadla bildirir ki, paxlalılar qanda şəkəri tənzimləyən zülalla zəngindir. Liflər sayəsində isə paxlalılar həm şəkər, həm də xolesterini salmağa yardım edir.

Həmçinin paxlalılar ürəyin sağlamlığını qoruyan bir çox vitamin və minerallarla (folatlar, kalium, maqnezium və s.) zəngindir. “Bütün bunlar da paxlalıları ürək üçün ideal məhsul edir” – kanadalı mütəxəssislər bildirirlər.

Səma Fərzəli

Next Post

Mətbəxdə istifadə edilən bu tozun bilmədiyiniz MÖHTƏŞƏM FAYDALARI

Bz Avq 16 , 2020
Adətən mətbəxdə istifadə edilən qabartma tozunun həm də kosmetik məhsul olduğunu bilən çox az insan var. Azfood.az publika.az-a istinadən xəbər verir ki qabartma tozunu təmizləyici kimi istifadə edə biləcəyiniz müxtəlif metodları təqdim edir. 1. Sızanaqlarla mübarizə aparır Dərinizdəki sızanaqların yox olması üçün sərt kimyəvi maddələrdən istifadə etməyinizə gərək yoxdur. Qabartma […]