Prezident İlham Əliyev “Aqrolizinq” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.

AzFood.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Fərmanda qeyd olunub ki, Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir. Fərmana əsasən, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir.

Nurlan

Next Post

İmmun sistemi gücləndirməyin yolları açıqlandı

Ça Avq 18 , 2020
Koronavirus pandemiyasına, bütövlükdə yoluxucu xəstəliklərə qarşı qorunmaq, orqanizmin immun sistemini gücləndirmək üçün sadə vasitələrdən yararlanmaq olar. Azfood.az fins.az-a istinadən xəbər verir ki, ABŞ Pensilvania Universiteti immunologiya fakültəsinin direktoru Con Ueri immun sistemi güclü saxlayan ən mühüm amillər arasında yuxu olduğunu qeyd edib. Belə ki, gündə altı saat və daha az […]