“10 hektar üzüm bağlı salmış fermer hər il 6 min manat subsidiya alacaq”

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2020-ci ildən başlayaraq ilk 4 il ərzində üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək.

Azfood.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.

O bildirib ki, bu qərar 2019-cu ildən salınmış üzüm bağlarına şamil edilir. 2019-cu ildən əvvəl salınmış üzüm bağlarına görə isə hər hektara 240 manat subsidiya ödəniləcək.

Vüqar Hüseynov buna misal olaraq bildirib ki,  2019-ci ildə 10 hektar üzüm bağlı salmış fermer 2020-2023 cü illərdə hər il 6 min manat, 2024-cü ildən başlayaraq isə 2400 manat subsidiya alacaq.

AzFood

Next Post

“Şəhərdən Kəndə”: istiqamət İsmayıllı və Şamaxı rayonlarınadır

C Sen 20 , 2019