Qaraciyəri möhkəmləndirən ən güclü vasitə

Balla balqabağın qarışığı xalq təbabətində ən tanınmış müalicəvi vasitələrdən biridir. Bu qarışıq həqiqətən çox güclü müalicəvi təsirə malikdir.

Bu qarışığın müxtəlif hazırlanma üsulları var – bal balqabaq şirəsi ilə qarışdırılır və ya balqabağın əti sobada bişirilir, əzilir və balla qarışdırılır. Lakin ən faydalı qarışıq hazırlamaq üçün təqdim etdiyimi tanınmış qədim reseptdən istifadə edin. İri balqabağı götürüb yuxarısını kəsin və qaşıqla tumları çıxardın ki, oyuq alınsın. Bu oyuğa ortasına qədər duru bal tökün, kəsilmiş yuxarı hissəsini üzərinə qoyun (qapaq kimi), qıraqları xəmirlə “yapışdırın”. Balqabağı 10 gün ərzində soyuq yerdə saxlayın. Daha sonra balqabağı “açın”, alınmış şirəni şüşə bankaya tökün və soyuducuda saxlayın. Qarışığı gündə 2 dəfə yeməkdən 30-40 dəqiqə əvvəl 1 x.q. olmaqla qəbul etmək lazımdır.

AzFood.az balla balqabağın faydalarını təqdim edir:

– qanazlığı zamanı çox faydalıdır, qanın tərkibini yaxşılaşdırır

– orqanizmi möhkəmləndirir, immun sisteminin fəaliyyətini yaxşıalşdırır

– orqanizmi şlaklar və toksinlərdən təmizləyir

– bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizə etməyə kömək edir

– qaraciyər üçün olduqca faydalıdır

– böyrəkləri, sidik kisəsini, sidik yolları təmizləyir

– sakitləşdirir, stressi azaldır, yuxunu tənzimləyir

Sizdə qastrit, mədə xorası və s. kimi mədə-bağırsaq sistemi xəstəlikləri varsa, balqabağı sobada bişirin, əzin və sonra balla qarışdırın.

Nurlan

Next Post

Hansı ev bitkiləri havanı təmizləyir?

Şb Avq 22 , 2020
Gözəlliyi ilə insanı heyran edən ev bitkiləri,ev üçün həm dekorativ bəzək, həm də evin havasını təmizləyən önəmli bir atributdur. Bu bitkilər, otağı çirkləndirən maddələrin konsentrasiyasını azaldır və hətta benzol, formaldeqid, toluol və ksilol kimi zərəli birləşmələrdən təmizləyə bilir. Ev bitkiləri həmçinin havada olan mikrobların sayını azaltma və rütubəti artırma gücünə […]