Gələn həftədən ov mövsümü açılır

Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illər üçün ov mövsümü Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə 01 sentyabr tarixindən etibarən açıq elan edilir.

Azfood.az report.az-a istinadən xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firuddin Əliyev bildirib.

O qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi, AMEA-nın Zoologiya İnstitutu, Azərbaycan Ovçular və Balıqçılar, Azərbaycan Ornitoloji Cəmiyyətləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və  ov mövsümünün başlanmasına qərar verilib.

“Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib”.

Səma Fərzəli

Next Post

Balığın bitki əvəzedicisi hazırlandı

Ç Avq 26 , 2020
Dünyanın ən böyük qida istehsalçılarından biri olan “Nestle” şirkəti, veqetariyan qidalanmaya üstünlük verən balıq həvəskarları üçün bitki əsaslı ton balığının əvəzedicisini hazırlayıb. Veqan məhsulu “Garden Gourme” brendi altında satılacaq və Senseşinal Vuna adlanır. Azfood.az Milli.Az-a istinadən bildirir ki, Vedomosti qəzeti bildirir ki, balıq əvəzedicisinin satışı İsveçrədə avqustun sonlarında başlayacaq. Veqan […]