Bu günədək bağlardan 3 min tonadək meyvə yığılıb

Biləsuvarda meyvə yığımı uğurla davam edir. Ötən il bağlardan 2 min 693 ton məhsul toplayan biləsuvarlı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər.

Rayon statistika idarəsindən bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin 8 ayında rayonda mövcud olan 1509 hektar meyvə bağından 2 min 941 ton meyvə toplayıblar, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 244 ton çoxdur. Yığılmış məhsulun 196 tonunu alma, 315 tonunu armud, 261 tonunu ərik, 94 tonunu albalı, 362 tonunu gavalı, 749 tonunu alça, 17 tonunu gilas, 105 tonunu şaftalı, 86 tonunu fındıq, 607 tonunu isə sair meyvələr təşkil edib.

Rayonda meyvə yığımı davam edir.

AzFood

Next Post

ARAZ Supermarketlər Şəbəkəsi rəsmi açıqlama yayıb

Bz Sen 22 , 2019
ARAZ Supermarketlər Şəbəkəsi rəsmi açıqlama yayıb.