SARIMSAQLI QATIQ arıqladır, immuniteti möhkəmləndirir, qəbizliyi yox edir... Resept - Azfood
 

SARIMSAQLI QATIQ arıqladır, immuniteti möhkəmləndirir, qəbizliyi yox edir… Resept

Sarımsaqlı qatıq qədimdə yemək kimi deyil, müalicəvi vasitə kimi istifadə olunurdu.

Onun köməyi ilə soyuqdəymədən tutmuş qəbizliyə qədər bir çox pozulmaları müalicə edirdilər.

Sarımsaqlı qatıq həqiqətən çox yaxşı müalicəvi və profilaktik vasitə kimi isifadə oluna bilər.

AzFood.az sizə sarımsaqlı qatığın faydalı xüsusiyyətlərini təqdim edir

– bağırsaq mikroflorasını yaxşılaşdırır, disbakteriozu müalicə edir

– qəbizliyi aradan qaldırır

– qurd əleyhinə təsir edir

– immun sistemini stimullaşdırır

– arıqlamağa kömək edir

– bağırsaqları təmizləyir

Gün ərzində 1 stəkan sarımsaqlı qatıq içmək çox faydalıdır. 1 diş sarımsağı sarımsağəzənlə əzin, 1 stəkan qatığa əlavə edin, qarışdırın, 1 saat saxlayın, sonra için. Qatığa xırda doğranmış şüyüd də əlavə etmək olar.

Nəzərə almaq lazımdır ki, bəzi mədə-bağırsaq xəstəlikləri zamanı sarımsaqlı qatıq ziyanlı ola bilər.

AzFood

Next Post

Balıq yeyən insanlar özünü bu xəstəlikdən qoruyur

Be Avq 31 , 2020
Balıq və digər dəniz məhsullarının sağlamlıq üçün faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. AzFood.az bildirir ki, Çində aparılan son araşdırmalar göstərib ki, rasionda balığın çox olması insultun inkişafının qarşısını alır. Araşdırma 14 il ərzində aparılırdı. Araşdırmada 254 000 nəfər insan inştirak edib. Məlum olub ki, hər əlavə 20 qr zülalın qəbulu […]