Veysəloğlu Şirkətlər Qrupunun innovativ layihəsi beynəlxalq müsabiqədə qalib oldu

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” MMC-nin təhlükəsizlik sahəsində həyata keçirdiyi “Elektron kilid” layihəsi beynəlxalq informasiya texnologiya müsabiqəsində qalib olub.
Dünyada Wialon proqramı ilə məşhurlaşmış “Gurtam” informasiya texnologiyaları şirkəti tərəfindən “İlin IoT layihəsi” (IoT Project of The Year) adlı beynəlxalq müsabiqə keçirilib.
Ötən gün müsabiqənin təqdimat mərasimi YouTube üzərindən canlı yayımlanıb.
Müsabiqəyə 68 ölkədən 100-ə qədər IoT (Internet of things) layihələri təqdim olunub. Onların arasından “AVT Logistics”də təhlükəsizliklə bağlı həyata keçirilən “Elektron kilid” (Electronic lock) layihəsi “Çatdırılma xidmətləri” nominasiyası üzrə qalib elan edilib.
“AVT Logistics”lə yanaşı layihəni həyata keçirən “A+A Security” şirkəti də eyni nominasiyada təltif edilib.
Xatırladaq ki, “Elektron kilid” sistemi yüklərin təhlükəsiz və etibarlı şəkildə ünvana çatdırılması ilə yanaşı, qapıların plomblanması xərclərinə qənaət etməyə, səfər saylarını dəqiq hesablamağa, nəqliyyat vasitəsi və sürücülərin işini düzgün qiymətləndirməyə imkan verir.

AzFood

Next Post

“Aqrar İnkişaf Könüllülər” Təşkilatı yeni layihəyə başlayır

C Sen 4 , 2020
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səyyar Aqro Məktəb” layihəsinə start verilir. Azfood.az fins.az-a  xəbər verir ju,aqrar sahədə ilk dəfə reallaşdırılacaq “Səyyar Aqro Məktəb” layihəsi çərçivəsində “Zoom” platforması vasitəsilə təsərrüfat sahələrində onlayn formatda təlimlər həyata keçiriləcək. Ölkəmizdə dinamik şəkildə inkişaf edən aqrar sahəyə marağın daha […]