Bu gündən qapalı kafe və restoranlar da fəaliyyətə başlayır

Azərbaycanda növbəti dəfə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azfood-a verilən məlumata görə, müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan etibarən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir.

Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırır.

Nurlan

Next Post

Təbii qazlı və qazsız mədən suları: Kimlər bu sulardan içməməlidir?

Ça Sen 8 , 2020
İnsan orqanizminin yarı hissəsinin sudan ibarət olduğu hamıya məlumdur. Məhz buna görə də suya olan tələbatını ödəmək üçün gün ərzində çoxlu su içmək lazımdır. Milli.Az bildirir ki, dietoloq Reyhan Cabbarlının Lent.az-a dediyinə görə, təbii qazlı və qazsız mədən suları tərkibindəki minerallar baxımından çox yüksək faydalara sahibdir: “Faydalara başlamadan gündə içilə biləcək miqdarı […]