Məşhur həkim antibakterial sabunun təhlükələri haqqında danışdı

Tanınmış həkim Aleksander Myasnikov antibakterial sabundan istifadə etməməyi məsləhət görüb.

Azfood.az Milli.Az-a istinadla xəbər verir ki, həkim səbəb kimi sabunun antibakterial xüsusiyyətlərini göstərib. Məhsulun tərkibinə bakteriyaları öldürən maddələr, bu və ya digər antibiotiklər daxildir.

“Ümumiyyətlə, həkimlər antibakterial sabunu çox da tövsiyə etmir. Antibakterial sabunun antibiotik müqaviməti artırdığına inanılır. Belə bir sabun lazımdır, ancaq yalnız müəyyən hallarda, xroniki xəstəliklərin mövcudluğunu nəzərə almaq lazımdır. İnsanların böyük əksəriyyəti üçün adi sabun kifayətdir” , – deyə həkim qeyd edib.

Səma Fərzəli

Next Post

Bağırsaq xərçəngindən qoruyan - dadlı DESERT

Be Sen 14 , 2020
Adi təbii vasitələr, qidalar bizi bir çox təhlükəli xəstəliklərdən və o cümlədən xərçəngdən qoruya bilir. Belə ki, tanıınmış rusiyalı həkim-proktoloq, kolorektal cərrah Aleksandr Malışev öz Instagram akkauntunda bağırsaq xərçəngindən qoruyan çox sadə və dadlı vasitəni açıqlayıb. Bu sobada darçınla bişirilmiş almadır. AzFood.az bildirir ki, həkimin sözlərinə görə, bu desert polifenollarla […]