ACSA-nın həmtəsisçisi Beynəlxalq Kulinariya Çempionatında Azərbaycanı təmsil edəcək

Azərbaycan Kulinariya Assosiasiyasının (Azerbaijan Culinary Specialists Association – ACSA) həmtəsisçisi və İdarə Heyətinin üzvü Araz Əhmədov, Şimali Makedoniyada keçirilən Gastromak Beynəlxalq Kulinariya Çempionatının münsiflər heyətinə qoşularaq, Azərbaycanı təmsil edəcək.

Bu barədə Azfood.az-a ACSA-dan məlumat verilib.

Qeyd edəkki, Assosiasiyanın yaradılmasında məqsəd Azərbaycan qastronomiyasının gələcək inkişafı üçün bazarı birləşdirməkdir. Assosiasiyanın hədəfləri arasında yalnız peşənin inkişafı və ölkənin aşpaz və qənnadıçılarına dəstək olmaq deyil, həm də qastronomik turizmin inkişafı və milli mətbəxin dünya platformalarında tanıdılması da var.

AzFood

Next Post

Pambığın 80 faizinin kombaynlarla yığılması nəzərdə tutulub

Ca Sen 26 , 2019