Gürcüstan şərabının Azərbaycana ixracı 35% artıb

Azfood.az fins.az-a istinadla xəbər verir ki, bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 389,1 min dollar dəyərində 95,4 ton üzüm şərabı ixrac edib.

Bildirilib ki, hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun həcmi illik müqayisədə 22,3 ton və ya 30,5% artıb, dəyəri isə 129,8 min dollar və ya 25% azalıb.

Belə ki, 2019-cu ilin ilk 8 ayı ərzində Gürcüstan Azərbaycana 518,9 min dollar dəyərində 73,1 ton şərab ixrac edib.

Səma Fərzəli

Next Post

“Fermanın zibilini kanala tökürlər”

Ça Sen 22 , 2020
“Xəzər kafe”nin ərazisi kimi tanınan bu yerin ünvanını da dəqiq bilən yoxdur. Yeni Ramana qəsəbəsində yerləşən küçə Xəzər rayonu ilə Sabunçu rayonunun sərhədində yerləşir. Ətraf ərazidə yerləşən fermalardan kanala tökülən zibilin qoxusundan burada bir dəqiqə dayanmaq olmur. Sakinlər həm telefon və internetin olmamasından, həm də yolların bərbad vəziyyətindən narahatlıq ifadə […]