Dırnaqlarınızın tez uzanması və sınmaması üçün

Dırnaqlarınızın tez uzanması və sınmaması üçün

Aşağıdakı qarışımdan istifadə etməklə siz dırnaqlarınızın tez uzanmasına və sınmamasına nail ola bilərsiniz. Bu vasitə sizin dırnaqlarınızı möhkəmləndirəcək və dırnaqlarınız arzuladığınız kimi olacaq.
Lazım olanlar:
* qurudulmuş çobanyastığı çiçəyi – 1 xörək qaşığı
* qurudulmuş at pıtrağı – 1 xörək qaşığı
* qurudulmuş dazı otu (qoyunqıran) – 1 xörək qaşığı
* qurudulmuş bağayarpağı – 1 xörək qaşığı
* qaynar su – 1 litr
Bütün bitki quruları qaynar suya salınır və 1 saat dəmlənir. Dəmləndikdən sonra süzülür və bir-neçə damcı efir yağı damdırılır. Sonla əllər bu dəmləmədə 30 dəqiqə vanna edilir və su ilə yaxalanmadan qidalandırıcı krem sürtülür. Bu qayda ilə hazırlanan dəmləmədə əlləri həftədə 4 dəfə vanna eləmək dırnaqları möhkəmləndirir. İstəsəniz vannanı hər gün də təkrarlaya bilərsiniz. Oxuduqlarınıza əməl eləsəniz 2 həftədən sonra dırnaqlarınız möhkəmləndiyinin şahidi olacaqsınız.

Nərminə Əli

Next Post

“OBA” marketlərində tibbi maska və informasiya bukletləri paylanılıb

Ç Okt 21 , 2020
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC Bakı şəhəri və Azərbaycanın digər bölgələrində  yerləşən “OBA” marketlərində koronavirus pandemiyasından müdafiə məqsədilə sentyabr və oktyabr aylarında silsilə tədbirlər həyata keçirib.Layihə çərçivəsində tibbi maska və informasiya bukletləri paylanılıb. Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına […]