Yuxuda qolları keyiyib uyuşanlar – Səbəblər, müalicə

Yuxuda qolları keyiyib uyuşanlar – Səbəblər, müalicə
Gecələr əllərinizin ağrısından, hissiyatsızlıqdan, keyimədən oyanırsız, yatmış əlinizi, qolunuzu ovuşdurursuz.
Elə bilirsiz ki, qolunuz başınızın altında sıxılıb, ya da artıq yaş öz sözünü deyir?
Bu problem gənclərdə də baş verir. Səbəbləri isə çoxdur.

Medicina.az xəbər verir ki, bu keçici simptomun ən birinci səbəbi boyun və döş qəfəsi ostexondrozu, el dili isə duz yığılması, onurğa problemidir.
Problem 30 yaşından sonra 70% əhalidə rast gəlinir.
Digər səbəb və xəstəliklər:
– ürək, qan damar sistemi, qan dövranı pozulması
– Atreroskleroz
– Tromboz
– Diabet
– Təzyiq
– Poliartrit
– Sinir problemləri
– B qrup vitamin və maqniy çatışmazlığı
– Biləkdə sinir kanallarının sıxılması sindromu
– daha çox oturaq işdə, komputerdə çalışanlarda olur
– Çox siqaret çəkən, içki içənlərdə də damar və sinir problemi olduğu üçün əl –ayaqları uyuşur
Əgər sağ qol daha çox keyiyirsə, onurğa və ostexondrozdan şübhələnin, əgər sol qol uyuşursa, ürəyi yoxlamaq lazımdır.
Gecəyarı qəfildən sol qolun uyuşması və qoldan tutan ağrı 1 saat müddətində keçmirsə, ürək probleminə görə dərhal həkimə müraciət etmək lazımdır.
Gecə yatanda rahat yastıq seçin, qolunuzu sıxacaq poza seçməyin, qolları başın altında qoymayın.
Uyuşmanın qarşısını almaq üçün kürəyi üstə uzanıb, qolları yuxarı qaldırıb, barmaqları 20-30 dəfə yumub açmaq lazımdır.
Qol uyuşması problemi ilə nevroloqlar məşğul olur.
Boyun ostexondrozu olanlar yuxudan əvvəl boyunu yüngül masaj edib, fastum gel mazı çəkə bilərlər.
Eləcə də fizioterapiya, aparatla masaj, tok, maqnitterapiya, fonofarez kimi prosedurlardan keçə bilərsiz

Nərminə Əli

Next Post

Ucarda çəltik biçini başa çatıb

Ça Okt 27 , 2020
Ucar rayonunda çəltik biçini başa çatıb və sahələrdən 1750 ton məhsul istehsal olunub. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 74 nəfər torpaq mülkiyyətçisi tərəfindən 550 hektar sahədə çəltik yetişdirilib. Yerli bazarlarda öz keyfiyyəti ilə seçilən bu məhsul rayonun əsasən Şahlıq, Boyat və Bağman kəndlərinin ərazilərində […]