Ucarda çəltik biçini başa çatıb

Ucar rayonunda çəltik biçini başa çatıb və sahələrdən 1750 ton məhsul istehsal olunub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 74 nəfər torpaq mülkiyyətçisi tərəfindən 550 hektar sahədə çəltik yetişdirilib. Yerli bazarlarda öz keyfiyyəti ilə seçilən bu məhsul rayonun əsasən Şahlıq, Boyat və Bağman kəndlərinin ərazilərində əkilib. Əkində yerli “Ağ mirvari” və “Ağdaş” sortlarından istifadə olunub.

Qeyd edək ki, respublikamızda çay, çəltik, eləcə də sitrus meyvələrinin istehsalının artırılması ilə əlaqədar qarşıya qoyulan vəzifələr çəltikçiliyin də inkişafına güclü təkan verib. Ucarda təkcə bu il hər hektardan düyü istehsalı 31,8 sentner olub ki, bu da ötən ildəkindən 3,3 sentner çoxdur. Gələn il rayonda çəltik əkini sahələrinin artırılacağı gözlənilir.

Nərminə Əli

Next Post

Şəkər tozu ilə pilinq. İpək kimi hamar dəri!

Ça Okt 27 , 2020
Adi şəkər tozunun köməyi ilə dərini daha hamar etmək, ölü hüceyrələrdən təmizləmək, dərinin qan dövranını yaxşılaşdırmaq olar. AzFood sizə şəkər tozu ilə üz maskalarının reseptlərini təqdim edir: 1. 1 x.q. şəkər tozu 1 x.q. kəsmik (yağlı dəri üçün) və ya 1 x.q. xama ilə (quru dəri üçün) qarışdırılır və üz […]
Şəkər tozu ilə pilinq. İpək kimi hamar dəri!