Milli mətbəx – quymaq

Tərkibi

Buğda unu, Ərinmiş yağ, su, şəkər, darçın

Bişirilmə qaydası

Əsasən quymaq doğuşdan sonra qadınlara, əməliyyatdan sonra hər bir kəsə verirlər. Quymaq çox enerji və qüvvət verir. 3 xörək qaşığı yağı əridib 6 xörək qaşığı unu əlavə edək. Un yağda açıq qəhvəyi rəng alınca qovrulur (halva olduğu kimi). Kütlə hazırdır, bu 15 dəqiqə vaxt aparır.

Unu qovurarkan, suyu qaynadın. Un hazır olan kimi qazın üstünə daha böyük bir qazan qoyun və un qarışığını bu qazana tökün. Ehtiyatlı olun, kütlə qaynayır, fışıldayır. Arası kəsilmədən qarışdırmaqla üç dəfəyə bir litr qaynar suyu əlavə edin. Unla su bir kütləyə çevrilməlidir. Kütlənin arasına biraz su tökün və qapaqla örtün. Zəif od üzərində 1 saat ərzində bişirin. Quymaq süfrəyə dərin boşqabda verilir. Üstünə darçın və şəkər tozu səpilir.

Nərminə Əli

Next Post

Göbələklə kələm dolması

Bz Noy 1 , 2020
Çox dadlı və qeyri-adi dolma. Tərkibi: – ağ kələm – 2 x.q. bitki yağı – 500 q göbələk – 2 x.q. tomat pastası – 0,5 st. bişmiş düyü – duz – istiot. Hazırlanması: 1. Kələm yarpaqlarını qaynayan suda 2-3 dəqiqə bişirin, sudan çıxarıb aşsüzənə yığın. 2. Düyünü bişirin (xəşil olmasın). Göbələyi təmizləyib […]
Göbələklə kələm dolması