“OBA” marketlər şəbəkəsi haqq mübarizəsində ordumuzun və xalqımızın yanındadır.

“OBA” marketlər şəbəkəsi bu çətin, lakin şərəfli bir dönəmdə daim ölkəsinə və xalqına həm  mənəvi, həm də maddi dəstəyini verməkdə davam edir.

“OBA”  marketlər şəbəkəsinin də daxil olduğu Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.

Qeyd edək ki, Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin çağırışına “OBA” marketlər şəbəkəsinin işçiləri də dərhal cavab verib. Hazırda şirkətin yüzlərlə əməkdaşı səfərbər olaraq ordu sıralarında Vətənin müdafiəsindədir. “OBA”  marketlər şəbəkəsi də öz növbəsində hərbi xidmətdə olan əməkdaşlarının qanun çərçivəsində qeyd olunduğu kimi, əmək haqlarını ödəyir və əməkdaşlarının ailəsinə dəstək olmaq üçün onlarla görüşlər keçirir.

Bundan əlavə, “OBA”  marketlər şəbəkəsinin bir çox əməkdaşının könüllü olaraq yer aldığı əsgərlərimizə yardım kampaniyası çərçivəsində böyük bir məbləğ maddi vəsait yığılıb. Toplanmış vəsait hesabına isə  Azərbaycan ordusuna dəstək məqsədi ilə alt geyimləri, corab, əlcək, papaq, tibbi vasitələr və siqaret çeşidləri alınıb. Alınan vəsaitlər şirkətin rəhbərliyinin də iştiraki ilə sərhəd bölgələrdəki “N saylı” hərbi hissəyə  təhvil verilib.  “OBA”  marketlər şəbəkəsinin əməkdaşları tərəfindən həyata keçirilən əsgərlərimizə yardım kampaniyası isə hazırda davam edir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı və Müdafiə Nazirliyinin müharibə şəraitində informasiyanın konfidensiallığını (gizliliyini) qoruması ilə bağlı göstərişlərini rəhbər tutaraq “OBA”  marketlər şəbəkəsinin əsgər və şəhid əməkdaşları ilə bağlı məlumatları açıqlamır, lakin şəhid ailələri ilə görüşərək öz dəstəyini və birliyini nümayiş elətdirir.

Onu da qeyd edək ki, 11 oktyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Cocuq Mərcanlı kəndinə olan hücumlar zamanı düşmən zərbələrindən biri də Cocuq Mərcanlı kəndində yerləşən “OBA” marketə tuş gəlib. Nəticədə mağaza tamamilə yararsız hala gəlsə də, xoşbəxtlikdən hadisə zamanı marketin fəaliyyəti müvəqqəti dayandırıldığı üçün xəsarət alan olmayıb. “OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə Əlaqələr şöbəsi məsələyə münasibət bildirərək, hər bir qarış torpağımızın işğaldan azad edilməsi və Cocuq Mərcanlı da daxil olmaqla, bütün torpaqlarımızda yeni “OBA” marketlərinin açılışının həyata keçirtməyi səbirsizlə gözlədiklərini bilidiriblər.

“OBA” marketlər şəbəkəsi bir daha bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda dövlətimizin atdığı addımları dəstəkləyir və daim ordumuzun, xalqımızın yanındadır.

 

Nərminə Əli

Next Post

Qondarma rejimi təbliğ edən “Johnson & Johnson”ın Azərbaycanda satışa çıxardığı məhsullar - SİYAHI

Be Noy 2 , 2020
Mərkəzi ABŞ-da yerləşən “Johnson Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib. AzFood oxu.az-a istinadən xəbər verir ki, şirkət paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmanı ortaya qoyub. Qeyd etmək lazımdır ki, 1886-cı ildə qurulan […]
Qondarma rejimi təbliğ edən “Johnson & Johnson”ın Azərbaycanda satışa çıxardığı məhsullar – SİYAHI