Gürcüstanda ərzaq və geyim bahalaşıb

Gürcüstanda ərzaq və geyim bahalaşıb

Bu ilin oktyabr ayında Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,8% artıb, illik inflyasiya isə 3,8% olub.

AzFood “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ay ərzaq və alkoqolsuz içkilər qrupunda qiymətlərdə 0,9% artım qeydə alınıb. Yağ 7,2%, tərəvəz 5,3%, süd, pendir və yumurta isə 2,7% bahalaşıb, meyvə və üzüm isə 9,7% ucuzlaşıb. Geyim və ayaqqabıların qiyməti isə 5,4% artıb.

İllik inflyasiyaya gəlincə isə ərzaq məhsulları və alkoqolsuz içkilər 5,5%, alkoqollu içkilər və tütün məmulatları isə 9% bahalaşıb.

Nərminə Əli

Next Post

Dünyanın ən faydalı qidasının adı açıqlandı

Ça Noy 3 , 2020
Elm adamları dünyanın ən faydalı qidasını seçib. AzFood xəbər verir ki, mütəxəssislər dünyanın ən faydalı və sağlam qidasının badam olduğunu düşünür. Aparılan son araşdırmalar nəticəsində badamın orqanizmin gündəlik qida tələbatını və lazımi maddələri qarşıladığı ortaya çıxıb. Badam hər nə qədər yüksək kalorili və yağlı olsa da, olduqca doyurucudur və çəki […]
Dünyanın ən faydalı qidasının adı açıqlandı