Son sutkada 1 364 yeni yoluxma faktı qeydə alınıb

Son sutkada  1 364  yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 364 yeni yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzFood verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 60 873 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 46 465 nəfər müalicə olunaraq sağalıb, 794 nəfər vəfat edib, aktiv xəstə sayı 13 614 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 290, ötən müddət ərzində isə ümumilikdə 1 404 543 test aparılıb.

Nərminə Əli

Next Post

Paytaxtda tütün məmulatlarının istehsalı kəskin azalıb

Ca Noy 5 , 2020
Paytaxtda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı 1 milyard 332,6 milyon manat təşkil edib. AzFood-un Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 5,5 faiz artım qeydə alınıb. Lakin, içki istehsalında 5 faiz azalma mövcuddur. Azalma alkoqollu içkilərin istehsal həcminin […]
Paytaxtda tütün məmulatlarının istehsalı kəskin azalıb