Azərbaycanda daha 1 410 nəfərdə COVID-19 aşkarlanıb

Azərbaycanda daha 1 410 nəfərdə COVID-19 aşkarlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 410 yeni yoluxma faktı qeydə alınıb, 779 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 63 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 48 049 nəfər müalicə olunaraq sağalıb, 824 nəfər vəfat edib, aktiv xəstə sayı 14 875 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 140, ötən müddət ərzində isə ümumilikdə 1 429 508 test aparılıb.

Nərminə Əli

Next Post

Son illər Balakəndə 4,7 min hektardan çox sahədə yeni fındıq bağları salınıb

Şb Noy 7 , 2020
Builki mövsümdə Balakən rayonunda fındıq bağlarından 6 min 226 ton məhsul tədarük olunub. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib. Qurum rəsmisi bildirib ki, Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri – fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi […]