Ağsuda bağlardan 1946 ton üzüm yığılıb

Ağsuda bağlardan 1946 ton üzüm yığılıb

Ağsu rayonunda cari ildə üzüm plantasiyalarından 1946 ton məhsul götürülüb ki, bu da ötən ildəki göstəricidən 183 ton çoxdur.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, hazırda rayonda bar verən 122 hektar üzüm bağı var. Bunun 98 hektarı süfrə, qalanı isə texniki sortdur. Üzüm bağları əsasən rayonun şimal dağlıq və dağətəyi zonalarındadır.

Yığılan texniki sort üzüm Ağsu şəhərindəki “Az-Qranata” MMC-nin şirə və şərab emalı zavoduna təhvil verilib, süfrə sort isə birbaşa yerli bazarlara çıxarılır.

Nərminə Əli

Next Post

28 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb

Şb Noy 14 , 2020
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir. Bu barədə AzFood-a AQTA-dan məlumat verilib. Bildirilib ki, AQTA əməkdaşları tərəfindən 2020-ci il 10-12 noyabr tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə […]
28 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb