Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu

Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz 12-14, Bakıda gecə 6-8 gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 10-15, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.

Nərminə Əli

Next Post

Qaxda indiyədək 645 ton quru tütün istehsal olunub

Be Noy 16 , 2020
Qax rayonunun təsərrüfatlarında tütün yığımı yekunlaşmaq üzrədir. Hazırda sahələrdə tütün yarpaqlarının sonuncu dərimi aparılır. İndiyədək rayonda 645 ton quru tütün istehsal olunub. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Xatırladaq ki, bu il Qax rayonunun təsərrüfatlarında 496,4 hektar sahədə tütün əkilib. Torpaq mülkiyyətçiləri cari mövsümdə 470,4 […]
Qaxda indiyədək 645 ton quru tütün istehsal olunub