Pirallahı Sənaye Parkının rezidenti zəfəran məhsullarını satışa çıxarıb

Pirallahı Sənaye Parkının 5 rezidentindən biri olan “Absheron Saffron Ltd” MMC məhsullarını satışa çıxarıb.

Şirkət bir sıra marketlərdə özünə məxsus satış rəflərini yerləşdirib. Rəflərdə zəfəran və zəfəran mürəbbələri yer alır.

Şüşə qablaşdırmada təklif edilən 1 qram zəfəranın qiyməti 28 manat 75 qəpikdir. Zəfərən mürəbbəsinin 30 qramı isə 1 manat 95 qəpiyə təklif olunur.

“Absheron Saffron Ltd” Məhdud Məsuliyyətli Cəmiyyəti 9 yanvar 2019-cu il tarixində Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bildirilmişdi ki, müəssisədə İtaliya, Türkiyə texnologiyaları ilə zəfərandan mürəbbə, limonad, qurudulmuş zəfəran istehsal ediləcək. (Marja)

AzFood

Next Post

Vətəni Hindistandır, ölkəmizdə isə yalnız Neftçalada bitir

C Okt 11 , 2019