Bir həftəyə 2 kq arıqladan PƏHRİZ

Bir həftəyə 2 kq arıqladan PƏHRİZ

Artıq çəkidən xilas olmaq üçün hər gün yeni yazılar, məqalələr oxuyuruq. Ən qısa zamanda arıqlamaq bir çox insanın arzusudur. Türkiyəli dietoloq Səlahəddin Dönməz həftədə iki kilo arıqlamağın sirrinin zeytun yağında olduğunu bildirib.

AzFood sizə iki həftədə artıq çəkidən xilas olmağın üsullarını təqdim edir. Bu dietin uğuru doğru qida seçimi, ideal karbohidrat miqdarı və bol zeytun yağıdır.

Səhər yeməyi

Bir ədəd yumurtanı dörd yerə bölün, üstünə bir çay qaşığı zeytun yağı, bir çay qaşığı çili bibəri, acı bibər və cirə əlavə edin.

Bir çay qaşığı balı bir çay qaşığı sarıköklə qarışdırın.

Bir dilim tam buğda çörəyi

Çoxlu cəfəri, nanə, pomidor, xiyar və bibər

1/4 avokado və ya 3 qoz yeyin

Naharda

100 qram balıq və ya toyuq. Hansını yemək istəsəniz zeytun yağı, kəklikotu, çili bibəri ilə qarışdırın, iki saat soyuducuda saxlayın. Sobada və ya tavada yağsız bişirin.

Yanında çoban salatı yeyin. Salatın tərkibində pomidor, soğan, xiyar olmalıdır. Yarım limon, 1 çay qaşığı zeytun yağı, alma sirkəsini qarışdırıb salatın üzərinə tökün.

Ara öyün

Bu zaman 10 badam və ya fındıq

1 ədəd portağal, iki balaca mandarin və ya 4 yemək qaşığı nar yeyin.

Axşam

Bir kasa mərcimək və ya tarhana şorbası

Bir dilim tam buğda çörəyi

Mövsüm salatı – kök, çuğundur və turpu süzgəcdən keçirin. Kahını xırda-xırda doğrayıb, çoxlu cəfəri əlavə edin. Üstünə bir yemək qaşığı zeytun yağı və nar şərabı əlavə edin.

Ara öyün

Bir kasa qatıq yeyin.

AzFood

Next Post

Qazlı su ilə mətbəxdə möcüzə yaradın

Bz Noy 29 , 2020
Artıq evdə qat-qat xəmir hazırlamaq, mağazadan almaqdan da asan və tez başa gələcək. İnanmırsınız? Elə isə AzFood-un təqdim etdiyi resepti sınayın. Lazım olan ərzaqlar: 3 stəkan un 5oo ml mineral su ( məs: Borjomi)   Öncə kərə yağını su hamamında əridirik. Unu duz ilə qarışdırıb, iki dəfə ələkdən keçiririk. Otaq temperaturunda […]
Qazlı su ilə mətbəxdə möcüzə yaradın