Qara kişmiş qanı təmizləyir və sağlam qalmağa kömək edir

Qara kişmiş qanı təmizləyir və sağlam qalmağa kömək edir

Mütəxəssislər gündəlik rasiona bir ovuc qara kişmiş əlavə etməyi məsləhət görürlər. Bu sadə məhsul qanı zərərli qatışıqlardan təmizləyir və qışda sağlamlığı qorumağa kömək edir.

AzFood bildirir ki, təbii antioksidləşdiricilərlə, dəmirlə zəngin olan bu sadə məhsul sağlamlıq üçün çox faydalıdır. O saçların uzanmasını tənzimləməkdən tutmuş, qanın təmizlənməsinədək bir sıra üstünlüklərə malikdir.

Qara kişmiş qanı təmizləyir. Antioksidləşdiricilərlə zəngin olan qara kişmişin gündəlik qəbulu orqanizmi zəhərlənmədən, şlaklardan və qana düşən digər arzuolunmaz maddələrdən qoruyur.

Saçların uzanmasını sürətləndirir. S vitamini ilə zəngin olan bu məhsul saçların kökünü bərkidir (müntəzəm istifadə edildikdə), onların vaxtından əvvəl ağarmasının və tökülməsinin qarşısını alır.

Sümükləri bərkidir. Bu sadə məhsulun sümükləri bərkidən kalium və kalsiumla zəngin olması osteoporozun inkişafını dayandırmağa kömək edir.

Qara kişmiş xolesterini normallaşdırır, onun sağlam səviyyədə qalmasını təmin edir. Qara kişmişin tərkibində olan polifenolların orqanizmdəki “pis xolesterinin” dərəcəsini azalda bilməsi hipertoniya və ürək xəstəliklərinin qarşısını alır.

Qara kişmiş dişləri sağlam saxlayır. Bu bitki mənşəli məhsul mikroblarla mübarizə aparan və dişlərin çürüməsinin qarşısını alan fitokimyəvi maddələrlə doludur.

Qara kişmiş həmçinin anemiyanın qarşısını alır. Dəmirlə zəngin kişmiş qanda hemoqlobinin miqdarını artırır və anemiyanın qarşısını alır. Bu da qışda sağlamlığın qorunmasında mühüm rol oynayan immuniteti gücləndirir.

Nərminə Əli

Next Post

Soğan, sarımsaq, limon xəstəliklərdən qoruyur?

Bz Noy 29 , 2020
İnsanlar uzun illərdir ki, soğan, sarımsaq və limondan viruslardan qorunmaq, mövsümi soyuqdəymə zamanı immunitet sistemini gücləndirmək üçün yararlanır. Amma immunitet sistemini gücləndirmək üçün faydalı hesab edilən qidaların o qədər də təsirli olmadığı bildirilir. Son illərdə mütəxəssislər bu barədə dəfələrlə açıqlama veriblər. AzFood e-tibb.az-a istinadən bildirir ki, Rusiya Epidemiologiya İnstitutunun Molekulyar […]
Soğan, sarımsaq, limon xəstəliklərdən qoruyur?