Qış süfrəsinin bəzəyi: ətli balqabaq

Qış süfrəsinin bəzəyi: ətli balqabaq

Qış mövsümündə balqabaq yemək lazımdır. Mövsümün bu faydalı tərəvəzindən dadlı xörək hazırlamaq üçün AzFood-un reseptini sınaqdan keçirin:

Tərkibi:

1 baş soğan

4 xörək qaşığı zeytun yağı

500 qram quzu əti

Duz

Qara istiot

4.5 stəkan qaynar su

2 ədəd pomidor

700 qram balqabaq

2 xörək qaşığı limon şirəsi

Cəfəri

Hazırlanması:

Soğanı xırda doğrayıb zeytun yağında bir az qızarana kimi qovurun. Xırda doğranmış quzu ətini, duzu, qara istiotu və suyu soğanın üzərinə əlavə edin. Ət yumşalana kimi, təxminən 40 – 45 dəqiqə bişirin. Daha sonra xırda doğranmış pomidoru, balqabağı və limon şirəsini də əlavə edib əlavə 30 dəqiqə də bişirin. Süfrəyə verərkən üzərini cəfəri ilə bəzəyin.

Qeyd edək ki, bu xörək 4 nəfər üçün nəzərdə tutulub.

Nuş olsun!

AzFood

Next Post

Gürcüstandan Azərbaycana balıq ixracı böyük həcmdə artıb

Be Noy 30 , 2020
Gürcüstandan Azərbaycana balıq ixracında artım qeydə alınıb. Bu barədə Gürcüstanın Statistika Bürosu məlumat verib. Bildirilib ki, Gürcüstanın balıq ixrac etdiyi ölkələr arasında Türkiyə və Azərbaycan əsas ticarət ölkələridir. Gürcüstandan ümumilikdə 2 259,1 ton balıq ixrac edilib. Məhsulların ümumi dəyəri isə 1 milyon 167 min dollar təşkil edib. Beləliklə, ilin doqquz […]
Gürcüstandan Azərbaycana balıq ixracı böyük həcmdə artıb