İsveçdə “Ağdam” restoranının yandırılması ilə bağlı araşdırma aparılır

İsveçdə “Ağdam” restoranının yandırılması ilə bağlı araşdırma aparılır

“İsveçdə yandırılan restoran “Ağdam” restoranıdır, bununla bağlı Komitənin məlumatı var”.

Bunu APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı deyib. O bunun təxribat olduğunu bildirib.

“Hazırda polis faktla bağlı araşdırmalara başlayıb. Sığorta şirkəti tərəfindən restorana dəymiş ziyan hesablanır. Hadisə barədə yeni məlumatlar olduqca, ictimaiyyətə çatdırılacaq”, – deyə V. Vahidqızı əlavə edib.

Qeyd edək ki, ötən gün gecə saatlarında İsveçdə “Garabag” restoranın yandırılması ilə bağlı məlumat yayılmışdı. İlkin məlumata əsasən, hadisəni ermənilər törədib.

AzFood

Next Post

Yeni koronavirus peyvəndindən şad xəbər: Ağır xəstələrdə 100 faiz nəticə göstərdi

Be Noy 30 , 2020
ABŞ-ın “Moderna” şirkəti koronavirus peyvəndinin üçüncü mərhələsində 94,1 faiz nəticə əldə edib. Haberler.com-un məlumatına görə, ağır hallarda bu göstərici 100 faiz olub. Sözügedən peyvəndinin hər hansı bir fəsadla qarşılaşmadığı və təcili istifadə icazəsi ilə bağlı müraciət olunacağı bildirilib. “Moderna”nın təqdim etdiyi peyvənd 30 mindən çox insana tətbiq edilib. Onların 30-u ağır vəziyyətdə olsa da, peyvənd […]
Yeni koronavirus peyvəndindən şad xəbər: Ağır xəstələrdə 100 faiz nəticə göstərdi