Qozun bir çox xəstəliklərə faydası

Qozun bir çox xəstəliklərə faydası

Penn Steyt Universitetinin professoru Kris Eterton kolleqaları ilə 105 adam üzərində bir araşdırma aparmışdır. O, qanda xolesterolun miqdarının artıb-azalmasını öyrənmək üçün 105 adamı 4 qidalanma rejimi ilə qidalandırmışdır.
* 85 qram bütöv qoz
* 6 qram qoz qabığı
* 34 qram yağı çıxarılmış qoz
* 51 qram qoz yağı.
Alimlər yuxarıda sadalananları yedikdən sonra həmin adamların qanlarını analiz etmişlər. Analizlər həmin qidalar qəbul edildikdən 30 dəqiqə, 1 saat, 2 saat, 4 saat, 6 saat sonra sonra götürülmüş və
qanda xolesterolun miqdarı, ürək-damar sisteminin fəaliyyəti yoxlanılmışdır. Nəticələr göstərmişdir ki, qoz yağı ürək-damar fəaliyyətini yaxşılaşdırır və ürək əzələsini qüvvətləndirir. Analizlərin nəticələri qoz yağının qanda xolesterolu azaltdığını da sübut etmişdir.
Alimlər hətta qozun ürək xəstəliklərinin əmələ gəlməsinin qarşısını almaq qabiliyyətinə də sahib olduğunu söyləmişlər.
Qoz orqanizmi qüvvətləndirir, tərkibində Omeqa 3 və Omeqa 6 yağ turşuları var. O orqanizmdəki zərərli maddələririn zərərsizləşməsində böyük rol oynayır, həzmə kömək edir.
Qoz yaddaşı gücləndirir və beyin hüceyrələrini yeniləyir, maddələr mübadiləsini yaxşılaşdırır.
Qoz yemək boğazdakı iltihab əlamətlrini azaldır və badamcıqlardakı iltihabi xəstəliyi sağaldır.

AzFood

Next Post

Ulduz yağacaq

Be Dek 7 , 2020
Gələn həftə ən gözəl təbiət hadisələrindən biri – Geminid “ulduz yağışı” baş verəcək. AzFood bildirir ki, bu təbiət hadisəsi yaydakından fərqli olaraq, xüsusilə parlaqlığı ilə seçilir. “Ulduz yağışı”nın ən fəal döründə – dekabrın 14-də isə bir saat ərzində 200 meteoru görmək mümkün olacaq. Geminid “ulduz yağışı”nın başqa bir xüsusiyyəti, səma […]
Ulduz yağacaq