Rasionunuza balqabaq əlavə etməyin 7 SƏBƏBİ

Rasionunuza balqabaq əlavə etməyin 7 SƏBƏBİ

Balqabaq sellüloz, vitamin və minerallarla, həmçinin sağlamlığın möhkəmlənməsinə kömək edən güclü antioksidləşdiricilərlə zəngindir.

AzFood AZƏRTAC-a istinadən balqabağın sağlamlıq üçün faydalı olan 7 üstün cəhətlərindən bəhs edir.

C vitamini ilə zəngin olan balqabağın həm toxumları, həm də ləti immun sistemini möhkəmləndirir. Bu mikroelement immun sisteminin sağlamlığı üçün çox vacibdir. Mütəxəssislərin fikrincə, balqabaqdakı yüksək dərəcəli faydalı keyfiyyətlər müxtəlif xroniki xəstəliklərin riskini azaldır.

Qeyd edək ki, balqabaq, qanı sağlamlığa səbəb ola biləcək zərərli maddələrin təsirindən qoruyaraq qaraciyərin təmizlənməsinə kömək edir. Balqabağın tərkibindəki karotinoid adlanan zəngin bitki birləşmələri qaraciyərin təmizliyini və sağlamlığını qoruyur.

A vitamininə çevrilən beta-karotinlərin, antioksidantların əla mənbəyi sayılan balqabaq görmə qabiliyyətini tənzimləyir. Qeyd edək ki, A vitamini gözün aydın görməsi və sağlamlığı üçün çox vacibdir.

Balqabaq, həmçinin çəkinin azalmasına imkan yaradır. Balqabağın tərkibində sellüloz maddələrin yüksək dərəcədə olması səbəbindən balqabaq yeyəndən sonra uzun müddət aclıq hiss olunmur.

Balqabağın tərkibindəki sellüloz maddələr nəcisin həcmini artıraraq qəbizliyin qarşısını alır.

Orqanizmdə kollagenin həcmini artıran C vitamini dərinin sağlamlığını yaxşılaşdırır. Sözügedən zülalın bədəninizdə yüksək səviyyədə olması dərinizin parlaq qalmasına kömək edir.

Kalium və yüksək qan təzyiqinin qarşısını ala bilən natrium maddələri ilə zəngin olan balqabaq ürəyin sağlam qalması üçün çox faydalıdır. Məlumdur ki, yüksək qan təzyiqi ürək xəstəliyi riskini artırır.

Karbohidratların balqabağı doyumlu etmələrinə baxmayaraq, o qanda şəkərin səviyyəsini aşağı salır. Balqabaq şəkərli diabet xəstələrində insulin resistentliyini yaxşılaşdırır və xəstəliyin inkişafını ləngidir.

AzFood

Next Post

Hər gün içdiyimiz çay bu 7 XƏSTƏLİYƏ ÇARƏDİR

Ça Dek 8 , 2020
Çayın bir çox faydalı xüsusiyyətləri var. Bəzi xəstəliklər və pozulmalar zamanı çay əsl müalicəvi vasitə kimi istifadə oluna bilər: 1. Saglamolun.az bildirir ki, təzyiqin enməsi zamanı kofeinlə zəngin olan çay çox yaxşı kömək edir, təzyiqi qaldırır. 2. Çay saçların tökülməsini azaldır. Bu məqsədlə saçları yuduqdan sonra təzə çay dəmi ilə yaxalayın. […]
Hər gün içdiyimiz çay bu 7 XƏSTƏLİYƏ ÇARƏDİR