Bağırsaqları ən yaxşı işlədən MƏHSULLAR

Bağırsaqları ən yaxşı işlədən MƏHSULLAR

Müasir insanlar arasında qəbizlik ən yayılmış  pozulmalardan biridir. Bir çox hallarda bunun səbəbi düzgün olmayan qidalanmadır.

Bəzi adi qida məhsulları bu pozulmanı həll etməyə kömək edə bilər. Qastroenteroloqlar qəbizlikdən əziyyət çəkənlərə bu kimi adi məhsulları tövsiyə edirlər.

Yulaf yarması (“herkules”)

Yulaf yarması bağırsaqlarda seliyin ifrazını artırır və bununla da bağırsaqların boşalmasını asanlaşdırır. Həmçinin liflərlə zəngin olan yulaf yarması nəcis kütləsinin artmasına və bağırsaqların daha tez boşalmasına kömək edir.

Duzlu kələm

Saglamolun.az bildirir ki, duzlu kələm bağırsaqların motorikasını çox yaxşı stimullaşdırır.

Zeytun yağı

Zeytun yağı ödün ifrazını stimullaşdırır, həzm proseslərini sürətləndirir və bu da nəticədə bağırsaqların boşalmasını tezləşdirir.

Qara gavalı

Qara gavalı qəbizlik zamanı ən effektli və tanınmış təbii vasitədir. Qara gavalı axşamdan ilıq suda isladın, səhər suyu için və meyvələri yeyin.

Qurudulmuş əncir

Qara gavalı kimi qurudulmuş əncir də bağırsaqları çox yaxşı işlədir və qəbizlik zamanı yardım edir.

Banan

Dəymiş yumşaq banan bağırsaqların motorikasını artıraraq qəbizliyi aradan qaldırmağa kömək edir.

AzFood

Next Post

Miqrenə səbəb olan qidaların adı AÇIQLANDI

Ça Dek 8 , 2020
Miqrenə təkan verən bir sıra amillər var, bunlar sırasına fastfud və zərərli qidalar da daxildir. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasının nevroloqu Valeri Kuvayev məlumat verib. Onun sözlərinə görə, miqrenə təsir edən amillər hər kəsdə individualdır, lakin bu, adətən müəyyən qidaların reaksiyası […]
Miqrenə səbəb olan qidaların adı AÇIQLANDI