Ürəyini möhkəmləndirmək istəyən yeməklərə bu ədviyyatı əlavə etsin

Ürəyini möhkəmləndirmək istəyən yeməklərə bu ədviyyatı əlavə etsin

Sarıkökün qaraciyərə olan böyük faydası bir çox insanlara məlumdur.

Son elmi araşdırmalar göstərib ki, sarıkök həmçinin ürəyə də çox faydalıdır.

Nebraska Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, sarıkök ürək əzələsini möhkəmləndirir, ürək çatışmazlığı zamanı kömək edir.

AzFood Saglamolun.az-a istinadla xəbər verir ki, araşdırmanın nəticələri Journal of Applied Physiology jurnalında dərc olunub.

Sarıkökün tərkibində olan “kurkumin” adlı maddə əzələlərdə və xüsusilə də ürək əzələsində oksidləşmə prosesləri ilə mübarizə aparır və bununla da əzələləri və o cümlədən ürək əzələsini möhkəmləndirir, onların yükləmələrə olan davamlılığını artırır.

Araşdırmanın müəllifləri ürəyin sağlamlığını yaxşılaşdırmaq və insanın yükləmələrə olan davamlılığını artırmaq üçün sarıkökdən istifadə etməyi tövsiyə edirlər.

Sarıkök həmçinin iltihablar və onlarla bağlı xəstəliklərlə mübarizə edir, korluq və ağıl zəifliyindən müdafiə edir.

AzFood

Next Post

Yeməkdən sonra mədədə ağırlıq - Hansı xəstəliklərdən xəbər verir?

C Dek 11 , 2020
Qarşısındakı bir boşqab yeməkdən bir dişləm alan kimi “doydum” deyənlər bu xəstəliklərdən şübhələnməli və düzgün diaqnoz üçün həkimə müraciət etməlidirlər. Daha çox qadınlarda rast gəlinən bu problem irəlilədikcə çox yedikdə ürəkbulanma, hətta qaytarmaya səbəb olur, çəki azalır, insan gündəlik kalorisini almadığı üçün mikroelement və vitamin defisiti yaranır, metobolizm pozulur və […]
Yeməkdən sonra mədədə ağırlıq – Hansı xəstəliklərdən xəbər verir?