Qışda maskaların düzgün istifadə qaydaları açıqlanıb

Avtomatik qaralama

Qış fəslində birdəfəlik tibbi və təkrar istifadə oluna bilən maskalar, eləcə də respiratorlar istifadəyə uyğundur. Bununla belə, onlar isti mövsümdə olduğundan daha tez-tez dəyişdirilməlidir.

“Sputnik”in məlumatına görə, bu barədə rusiyalı ali dərəcəli həkim-terapevt, toksikoloq Aleksey Vodovozov qışda maskaların düzgün istifadə qaydaları barədə danışarkən bildirib.

Onun sözlərinə görə, maska ​​qardan islanıbsa, orada kondensant toplanıbsa, tibbi və ya təkrar istifadəyə yararlılığından asılı olmayaraq dəyişdirilməlidir.

“Qışda bu daha da aktuallaşır: bizim verdiyimiz nəfəs ətraf mühitdən daha isti olur, nəticədə maskanın üzərində buz və özünəməxsus sırsıra əmələ gələ bilər. Bu halda o, daha tez-tez dəyişdirilməlidir”, – deyə Vodovozov vurğulayıb.

Nərminə Əli

Next Post

Bu qidalar böyrəkdə daşlar yaradır

Ça Dek 15 , 2020
Qırmızı ətdə olan yağ və zülallar böyrəklərdə daşın yaranmasına gətirib çıxarır. AzFood xəbər verir ki, bunu həkim və aparıcı Aleksandr Myasnikov bildirib. Onun sözlərinə görə, ispanaq və göyərti qanda oksalatları (duzları və oksalat turşusunun efirləri – red.) artırır və bu da öz növbəsində böyrəklərdə daşın yaranmasına səbəb olur. “Orta səviyyədə […]
Bu qidalar böyrəkdə daşlar yaradır