Yaponiyada quş qripi aşkar edilən bölgələrin sayı artdı

Yaponiyanın Koçi prefekturasında (Sikoku adası) quş qripi qeydə alınıb.

NHK telekanalı məlumat verir ki, bu, ölkədə xəstəliyin son bir ayda aşkar edildiyi 11-ci bölgədir.

Həftənin əvvəlindən bəri Koçidəki quşçuluq təsərrüfatlarından birində 40 toyuğun öldüyü qeyd olunur.

Hadisə yerinə gələn sanitariya nəzarəti mütəxəssisləri quş qripinin olduğunu təsdiqləyiblər. Nəticədə həmin fermada 32 min quş məhv ediləcək və ətraf ərazidə karantin elan olunacaq.

Eyni zamanda, bir ay əvvəl qripin yayılmağa başladığı qonşu Kaqava prefekturasında daha 29 min quşun məhv edilməsi planlaşdırılır.

Qeyd edək ki, noyabr ayının əvvəlində Yaponiyada quş qripi aşkar edilib. Artıq bununla bağlı ölkə daxilində 2,7 milyondan çox toyuq məhv edilib.

Nərminə Əli

Next Post

İnnabın yarpağı, qabığı və həliminin faydaları

Ca Dek 17 , 2020
İnnab çox faydalı, uzunömürlü və faydalı bitkidir. Sarı-qırmızı rəngli, şirin dadlı və xoş ətirli meyvələrinin çox mühüm müalicəvi əhəmiyyəti var. İyunun əvvəlində çiçək açır, meyvələri oktyabrda yetişir. AZƏRTAC bildirir ki, xalq təbabətində innab mürəbbəsi quru öskürəyə qarşı sinəyumuşaldıcı vəsitə kimi işlədilir. Qurudulmuş innabın yarpaqları çay kimi dəmlənilərək sidik kisəsinin iltihabında […]
İnnabın yarpağı, qabığı və həliminin faydaları