Şamaxıda bağlardan 1850 tona yaxın meyvə yığılıb

Şamaxı rayonunda meyvə yığımı yekunlaşıb, bağlardan 1849,5 ton məhsul götürülüb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, ən çox meyvə İkinci Cabanı, Dədəgünəş kənd, Sabir qəsəbə ərazi dairələrində toplanıb. Rayonun təbii-iqlim şəraiti alma, armud, xurma, qoz, fındıq meyvələrinin yetişdirilməsi üçün çox əlverişlidir.

Qeyd edək ki, hazırda Şamaxıda 732,4 hektar meyvə bağı var və bunun 557,8 hektarı məhsuldardır. Son illər bölgədə bağların sahəsi genişləndirilir. Təkcə cari ildə 125,1 hektarda yeni bağlar salınıb.

AzFood

Next Post

Nişasta və onun orqanizmdə əmələ gətirdiyi xəstəliklər

C Dek 18 , 2020
Orqanizm nişastanı asanlıqla udub həzm edə bilmir. Bunun baş verməsi üçün orqanizmdə çoxlu kimyəvi reaksiyalar getməlidir. Orqanizmdə nişastanın sorulması üçün şəkərə ehtiyac var. Sadə şəkərin nişastaya çevrilməsi prosesinin texnologiyası çox çətindir. Bu 2-4 saat ərzində baş verir. Bu müddətdə isə enerji sərfinə və bioloji aktiv maddələrə (B qrup vitaminlər, B2, […]
Nişasta və onun orqanizmdə əmələ gətirdiyi xəstəliklər