Sabaha ola hava proqnozu açıqlanıb

Avtomatik qaralama

Dekabrın 27-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında
gecə 3-6, gündüz 8-10, Bakıda gecə 3-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi
normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 , gündüz
50-55 faiz olacaq.

Dekabrın 27-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi
gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda
gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz
Dekabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü
gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Nərminə Əli

Next Post

Qaxda payızlıq dənlilərin əkin sahəsi min hektardan çox artıb

Şb Dek 26 , 2020
Qax rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Torpaq mülkiyyətçiləri cari mövsümdə 14 min 91 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 10 min 36 hektarını buğda, 4 min 55 hektarını arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki mövsümlə müqayisədə 1065 hektar artıb. Bu […]
Qaxda payızlıq dənlilərin əkin sahəsi min hektardan çox artıb