Gəncədə kafe sahibi və müştəriləri cərimələndi

Gəncədə kafe sahibi və müştəriləri cərimələndi

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyektin sahibi Elşad İbrahimov və 7 nəfər müştəri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq RPİ-nin ərazi üzrə Polis Bölməsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nərminə Əli

Next Post

Azərbaycan 2021-2024-cü illərdə buğda istehsalını artıracaq - PROQNOZ

Ça Yan 5 , 2021
Bu il Azərbaycanda 2 105,6 min ton buğda istehsal olunacağı proqnozlaşdırılır. “APA-Economics”in məlumatına görə, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”ndə əksini tapıb. Qeyd edilir ki, bu göstəricinin gələn il 0,2% artaraq […]
Azərbaycan 2021-2024-cü illərdə buğda istehsalını artıracaq – PROQNOZ