Azərbaycan 2021-2024-cü illərdə buğda istehsalını artıracaq – PROQNOZ

Azərbaycan 2021-2024-cü illərdə buğda istehsalını artıracaq – PROQNOZ

Bu il Azərbaycanda 2 105,6 min ton buğda istehsal olunacağı proqnozlaşdırılır.

APA-Economics”in məlumatına görə, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”ndə əksini tapıb.

Qeyd edilir ki, bu göstəricinin gələn il 0,2% artaraq 2 110,5 min tona çatacağı, 2023-cü ildə isə daha 0,1% artaraq 2 112,5 min tona bərabər olacağı gözlənilir.

2024-cü ilə gəldikdə, buğda istehsalının 0,1% artaraq 2 114,2 min ton təşkil edəcəyi proqnozlaşdırılır. Beləliklə, 2021-2024-cü illərdə istehsalın orta artımı 0,1%-ə bərabər olacaq.

Nərminə Əli

Next Post

Ağsuda bitkiçilik məhsulları istehsalı 16,7 faiz artıb

Ç Yan 6 , 2021
Yenicə yola saldığımız 2020-ci ildə Ağsu rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı inişildəkinə nisbətən 16,7 faiz artıb. Bu barədə rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, aqrar sektorda çalışan fermerlər və fiziki şəxslər ili uğurlu nəticələrlə başa vurublar. Belə ki, il ərzində 108,3 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal […]
Ağsuda bitkiçilik məhsulları istehsalı 16,7 faiz artıb